TANAP-ın tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlanıb

TANAP-ın tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlanıb
# 25 yanvar 2016 12:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Şahdəniz Mərhələ 2” yatağından hasil olunan təbii qazı Türkiyə, oradan da Avropaya nəql edəcək Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsinin tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlanıb.

APA-Economics”in məlumatına görə, "TANAP Doğalgaz İletim A.Ş." və "Punj Lloyd-Limak" şirkətləri arasında əməkdaşlıq razılaşması imzalanıb.

Qeyd edək ki, Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR