Ramil Həsənov: "Xocalı faciəsi sadəcə Azərbaycanın deyil, dünyanın ən acı günlərindən biri kimi tarixə düşüb"

Ramil Həsənov: "Xocalı faciəsi sadəcə Azərbaycanın deyil, dünyanın ən acı günlərindən biri kimi tarixə düşüb"
# 26 fevral 2016 06:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Bəşəriyyətin şahid olduğu ən qaranlıq gecələrdən biri, tamamilə müdafiəsiz mülki şəxslərin sistematik şəkildə qətlə yetirilməsi ilə nəticələnən Xocalı faciəsi sadəcə Azərbaycanın deyil, dünyanın ən acı günlərindən biri kimi tarixə düşüb”.

APA-nın xəbərinə görə, bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun Xocalı soyqırımı ilə bağlı müraciətində bildirilib. “Keçmişdə yaşadığımız bu acı hadisələrin dünyanın fərqli yerlərində hələ də davam etməsi hamımızı dərindən kədərləndirir. Bütün insanların sülh və rifah içində yaşamları ən böyük istəyimizdir. Xocalı qətliamında həyatını itirən şəhidlərimizi dərin hörmət və rəhmətlə anır, Xocalı qətliamı və oxşar hadisələrin təkrarlanmamasını ümid edir, səbəbi nə olursa olsun, istənilən terror aktını lənətləyirik” - deyə müraciətdə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR