Fransa baş nazirinin evinin yerləşdiyi rayonda kütləvi iğtişaş baş verib

Fransa baş nazirinin evinin yerləşdiyi rayonda kütləvi iğtişaş baş verib
# 10 aprel 2016 10:16 (UTC +04:00)

Baku-APA. Bu gecə bir neçə yüz nəfər Parisdə Fransa baş naziri Manuel Valsın evi qarşısında aksiya keçirməyə cəhd göstərib.

APA-nın BFM telekanalına istinadən verdiyi məlumata görə, Fransa baş naziri hazırda Əlcəzairdə səfərdədir.

Polis küçələri bağladıqdan sonra aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib, kütləvi iğtişaş olub. Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, bir neçə aksiyaçı həbs edilib. Aksiya iştirakçıları bir neçə mağazanın vitrinini, bankomatları sındırıb, polis avtomobillərinə ziyan vurub.

Aksiyaya səbəb isə əmək qanunvericiliyində yeni islahatlarla əlaqədardır. Bununla bağlı dünən Fransanın 60-a qədər rayonunda anoloji aksiyalar keçirilib. Həmin aksiyalarda ciddi qarşıdurmalar baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR