FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb
# 21 aprel 2016 00:18 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yeraltı avtomobil tunelinin üzərinə çıxması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR