Lənkəranda iki avtomobil toqquşub

Lənkəranda iki avtomobil toqquşub
# 03 may 2016 15:25 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 3-də saat 16.30 radələrində şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Lənkəran rayonunun Göyşöban kənd sakini, 1992-ci il təvəllüdlü Elmar Şamil oğlu Quliyevin idarə etdiyi “Mercedes” markalı, 90 BV 962 dövlət nömrə nişanlı minik avtomobili Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Şəhriyar Mömun oğlu Kazımlının idarə etdiyi VAZ-2107 markalı, 42 BV 482 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Xəsarət alan olmasa da, güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR