Azərbaycan fond bazarında brokerlərin aprel ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin aprel ayı üçün renkinqi
# 06 may 2016 16:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin aprel ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 51 mln. 506 min 340,73 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 8 mln. 290,116 min manat olan broker xidmətləri göstərmiş "Kapital Menecment İnvestisiya Şirkəti” ASC tutub. Renkinqdə üçüncü yerdə 6 mln. 981 min 462,28 manatla "Paşa Kapital" MMC, 5 mln. 912 min 287,89 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

Brokerlərin aprel ayı üçün renkinqi:

2016-cı il Aprel ayı üzrə BFB-nin DQK və KQK bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

1

"Unicapital İnvestisiya Şirkəti" ASC

51,506,340.73

2

4

Kapital Menecment İnvestisiya Şirkəti ASC

8,290,116.06

3

3

“Paşa Kapital” MMC

6,981,462.28

4

2

"AzFinance İnvestisiya Şirkəti" QSC

5,912,287.89

Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR