"Bank Standard" market meyker fəaliyyətini dayandırıb

"Bank Standard" market meyker fəaliyyətini dayandırıb
# 19 may 2016 12:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Mayın 18-dən etibarən “Bank Standard” QSC-nin Bakı Fond Birjasında (BFB) market meyker fəaliyyəti dayandırılıb.


Birjadan "APA-Economics"ə verilən məlumata görə, yeni ticarət qaydalarına əsasən BFB-də market meyker fəaliyyəti birja üzvləri olan investisiya şirkətləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, “Bank Standard” BFB-də "Bank of Baku" ASC-nin dövlət qeydiyyat nömrəli istiqrazları üzrə market meyker fəliyyətini icra edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR