“İrşad” İslam Araşdırmaları Mərkəzinin icra hakimiyyətinə qarşı şikayəti təmin edilməyib

“İrşad” İslam Araşdırmaları Mərkəzinin icra hakimiyyətinə qarşı şikayəti təmin edilməyib
# 21 may 2016 08:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “İrşad” İslam Araşdırmaları Mərkəzinin Nəsimi rayon İcra Hakimiyyətinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, mərkəz cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, qanunsuz müdaxilədən çəkindirilməsi və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Bundan sonra mərkəz apellyasiya şikayəti ilə məhkəməyə yenidən müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR