Azərbaycan prezidenti İrana fevralın 23-də səfər edəcək

Azərbaycan prezidenti İrana fevralın 23-də səfər edəcək
# 22 fevral 2016 06:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan prezidenti İlham Əliyevin Irana səfərinin tarixi açıqlanıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündən sonra səfərin fevralın 23-də baş tutacağını deyib.

Onun sözlərinə görə, prezidentin başçılığı ilə nümayəndə heyətinin Tehran səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan artıq sənəd imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR