Gəncədə iki yük avtomobili toqquşub

Gəncədə iki yük avtomobili toqquşub
# 11 iyul 2016 07:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Keçid küçəsində “QAZel” markalı yük avtomobili yolun kənarında dayanan “KamAZ”a çırpılıb. Nəticədə “QAZel”in sərnişini, Samux rayon sakini, 1963-cü il təvəllüdlü Fəxrəddin Quliyev yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR