Ceyms Uorlik: "Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir"

Ceyms Uorlik: "Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir"
# 23 mart 2016 08:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “ATƏT-in Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir”. APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, atəşkəs rejimini pozmaq cəhdləri narahatlıq yaradır: “Ən böyük təlaş yaradan məsələsi isə dinc əhali arasında itkilərin olmasıdır. Biz ağır artilleriyadan istifadəni pisləyirik”.

Ceyms Uorlik bildirib ki, həmsədrlər tərəflərin razılaşması və atəşkəs rejiminin möhkəmlənməsinə yönəlmiş istənilən təklifi dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR