BMT baş katibi Tiflisə səfər edəcək

BMT baş katibi Tiflisə səfər edəcək
# 19 aprel 2016 23:04 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun 23-24 aprel tarixlərində Gürcüstana rəsmi səfər edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.

“BMT baş katibi Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin dəvəti ilə 23-24 aprel tarixlərində Tiflisə səfər edəcək. Pan Qi Mun Tiflisdən Ermənistana, daha Azərbaycana səfərini davam etdirəcək”, deyə məlumatda bildirilir.

Gürcüstan XİN-i BMT baş katibinin 1994-cü ildən sonra ilk dəfə Tiflisə səfər edəcəyini bildirib. Səfər çərçivəsində ölkənin rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, 1994-cü ilin noyabrın 1-də BMT baş katibi Butros Butros Qali Tiflisə rəsmi səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR