Macarıstan səfiri: “Qarabağ münaqişəsinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdarıq”

Macarıstan səfiri: “Qarabağ münaqişəsinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdarıq”
# 22 aprel 2016 14:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Macarıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həllinə tərəfdardır”.


APA-nın xəbərinə görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski “Auditoriyada səfirdir” layihəsi çərçivəsində tələbələrlə görüşü zamanı deyib.

İ. Laslotski bildirib ki, bununla bağlı bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktub göndərib: “Bu məktubda Dağlıq Qarabağda baş verənlərlə bağlı mövqeyimizin dəyişməz olduğunu qeyd etmişəm. Biz münaqişənin sülh yolu ilə, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdarıq. Bizim mövqeyimiz Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR