Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər

Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər
# 20 fevral 2016 02:51 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.

“Söhbət zamanı Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin Minsk razılaşmalarının yerinə yetirilməsi üçün Rusiyaya qarşı təzyiqlərin artırılmasında mövqelərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar”.

Bildirilir ki, C.Bayden Ukraynanın Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa İttifaqı ilə münasibətlərindəki son uğurlarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR