Nazirlik: Oktyabrda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verib

Nazirlik: Oktyabrda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verib
# 11 noyabr 2015 08:10 (UTC +04:00)

Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Təhlükəsiz iş aylıqları” çərçivəsində əmək kollektivlərində görüşlər keçirilərək, işçi və işəgötürənlərə əməyin təhlükəsizliyi norma və standartları, istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlər barədə zəruri məlumatlar, praktik izahatlar verilib.

Aparılan işlərin müsbət nəticəsi kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında əhəmiyyətli azalma qeydə alınıb. Cari ilin yanvar-oktyabr aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2%, bu hadisələr zamanı xəsarət alanların sayı 40%-ə yaxın, istehsalatla əlaqəli qrup halında bədbəxt hadisələrin sayı isə 13 dəfə azalıb.

Bu ilin oktyabr ayında isə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı keçən ilin oktyabr ayı ilə müqayisədə 3,6 dəfə azalaraq 8-ə enib. Ay ərzində istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 3,2 dəfə azalıb. Habelə ötən ilin oktyabr ayında istehsalatla əlaqəli qrup halında bir bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb.

İş yerlərində baş vermiş hər bir istehsalat qəzası ilə bağlı qanunauyğun şəkildə təhqiqatın aparılması və müvafiq tədbirlərin görülməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR