Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb
# 07 dekabr 2015 09:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda dəm qazından zəhərlənmə hadisələri baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 5-də Xətai rayonu ərazisində yaşayan Vüqar Adıgözəlov mənzilində dəm qazından zəhərlənərək ölüb.

Dekabrın 5-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Aynur Məmmədova evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb, qızı Banu və oğlu Əlişah isə xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR