® “Bakcell” yeni tarif paketini təqdim edir

<font color=red>® </font> “Bakcell” yeni tarif paketini təqdim edir
# 25 iyul 2016 10:25 (UTC +04:00)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti yeni həftəlik Klass Klass M tarif paketini təqdim edir.

Klass M tarifi abunəçilərə hər həftə 2 manat ödəməklə ölkədaxili 50 dəqiqə danışıq, 100 MB həcmində internetdən istifadə və “WhatsApp”dan pulsuz yararlanmaq imkanı qazandırır. Bu tarif paketinə qoşulmaq üçün *202#YES yığmaq kifayətdir.

“Klass tarifinə qoşulan “Bakcell” abunəçiləri bir çox unikal imkanlar əldə edirlər. Abunəçilərin müxtəlif mobil xidmətlərə olan ehtiyacı müxtəlifdir. Biz onların mobil data, səs və SMS xidmətinə olan tələbatını nəzərə alaraq fərqli abunəçi qrupları üçün fərqli Klass paketləri təqdim edirik”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Bu, müxtəlif Klass tarif paketlərinin istifadəçiləri yaradılan ilk imkan deyil. Hazırda bütün Klass abunəçiləri səs və mobil data xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət edə və istədikləri qədər ünsiyyət qura bilirlər.

Bununla yanaşı, Klass abunəçilərı hazırda “Whatsapp” mobil tətbiqindən pulsuz istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR