AÇQ və BTC-nin səhmdarı Avrasiyada iştirakını genişləndirir

AÇQ və BTC-nin səhmdarı Avrasiyada iştirakını genişləndirir
# 05 oktyabr 2016 10:53 (UTC +04:00)

Bakı - APA-Economics. Hindistan hökuməti "ONGC Videsh Limited" şirkəti tərəfindən "Rosneft" korporasiyasının "Vankorneft" layihəsindəki 11%-lik səhm paketini 930 mln. dollara əldə etməsinə razılıq verib.

"APA-Economics" xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Frank Narona "Twitter" səhifəsində yazıb.

"Bu əqd ONGC-yə 2017-ci ildə 3,2 mln. ton neft ekvivalentini təmin edəcək", - deyə o bildirib.

Beləliklə, "ONGC" "Vankorneft"dəki payını 26%-ə çatdırıb.

Qeyd edək ki, ONGC "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində 2,7%, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində isə 2,36%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR