Marneulidə Sosial Ev açılıb

Marneulidə Sosial Ev açılıb
# 28 iyul 2016 20:54 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Gürcüstanda ilk dəfə olaraq “Emmaus Georgia” adlı beynəlxalq xeyriyyəçi təşkilatın maliyyə yardımı ilə Sosial Evi istifadəyə verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Sosial Evinin açılmasında məqsəd Marneuli əhalisinə təmənnasız tibbi xidmət göstərmək, psixoloji məsləhətlər verməkdir. “Emmaus Georgia” beynəlxalq təşkilatının Sosial Evin açılışı ilə bağlı məlumatında bildirilir ki, Marneulidə daha çox azərbaycanlı yaşadığına görə, Sosial Evin nəzdində gürcü dili kursları da fəaliyyət göstərəcək və həmçinin müxtəlif əl işləri üzrə sənətlərin öyrənilməsi də nəzərdə tutulub.

Təşkilatdan verilən məlumata görə, belə tipli evlərin Tiflis, Borjomi və ölkənin digər rayonlarında istifadəyə verilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR