Davudoğlu: "PKK-nın terror aktı ilə əlaqəli olmasını təsdiqləyən tutarlı faktlar var"

Davudoğlu: "PKK-nın terror aktı ilə əlaqəli olmasını təsdiqləyən tutarlı faktlar var"
# 14 mart 2016 21:29 (UTC +04:00)

Bakı-APA. PKK-nın Ankarada törədilən terror aktı ilə əlaqəli olmasını təsdiqləyən faktlar müəyyən edilib. APA-nın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

“Araşdırma nəticəsində terror aktının mənbəyi dəqiq müəyyən edilib, bizdə separatçı terror təşkilatının bu terror aktı ilə əlaqəli olmasını təsdiqləyən ciddi faktlar var. Yaxın zamanda DNT analizi proseduru başa çatdırıldıqdan sonra terrorçular və onların arxasında duranlar tam müəyyən ediləcək. İyulun 23-dən biz terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat aparırıq. Bundan əvvəl də biz 30 il bu mübarizəni aparmışıq. Hərbçilərimiz və polis terrorçuluqla uğurlu mübarizə aparırlar, məhz buna görə də terrorçular silahsız insanları özünə hədəf seçib”, - deyə Davudoğlu bildirib.

Bundan əvvəl verilən xəbərə görə, Ankarada 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının PKK üzvü, Balıkəsir Universitetinin tələbəsi, 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir olduğu müəyyənləşib. Qadının meyitinin qalıqları yanında aşkarlanan kişi meyitinin onunla əlbir olan şəxsə məxsus olduğu istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR