Diplomat: “Sudan Azərbaycanın yanındadır”

Diplomat: “Sudan Azərbaycanın yanındadır”
# 28 mart 2016 15:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Sudan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir və Azərbaycanın yanındadır”.

APA-nın xəbərinə görə, bu sözləri Gənc Diplomatlar Birliyinin “Auditoriyada səfirdir” layihəsi çərçivəsində təşkil etdiyi görüşdə Sudanın Azərbaycandakı səfirinin birinci müavini Muhammed Elballa Osman Muhammed deyib.

O, Azərbaycanla Sudan arasında münasibətlərin yaxşı səviyyədə olduğunu, hər iki ölkənin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini söyləyib: "Sudan BMT və digər təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir".


Diplomat iki ölkə arasında akademik və mədəniyyət sahəsində müəyyən addımların atıldığını vurğulayıb. Onun sözlərinə görə, Sudan hökuməti bu yaxınlarda 12 tələbənin Frika Beynəlxalq Universiteti və Xartum Dövlət Universitetində təhsil alması üçün təqaüd proqramı elan edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR