Kanadada məktəb avtobusu minik avtomobili ilə toqquşub, 9 nəfər xəsarət alıb

Kanadada məktəb avtobusu minik avtomobili ilə toqquşub, 9 nəfər xəsarət alıb
# 14 may 2016 02:23 (UTC +04:00)

Bakı-APA. Kanadanın Kvebek əyalətində yerləşən Mon-Sen-İler şəhərində məktəb avtobusu minik avtomobili ilə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Minik avtomobilinin sürücüsü və sərnişinin vəziyyətinin ağır olduğu bildirilir. Məktəbliləri daşıyan avtobusda 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, Mon-Sen-İler Kvebek əyalətinin ən iri şəhəri olan Monrealdan 30 km şərqdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR