Həsən Ruhani Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı aparıb

Həsən Ruhani  Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı aparıb
# 06 aprel 2016 18:13 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İran prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezident aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Həmid Abutalibi deyib.

“Prezident H.Ruhani İlham Əliyev və Serj Sarkisyan ilə münaqişə bölgəsindəki son durumu müzakirə edib. İran prezidenti tərəfləri atəşkəsə ciddi şəkildə riayət etməyə çağırıb. Söhbət zamanı atəşkəs rejiminin qorunub saxlanılması və münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanıb”, deyə H.Abutalibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR