Azərbaycan dramaturqunun əsəri Türkiyədə tamaşaya qoyulub

Azərbaycan dramaturqunun əsəri Türkiyədə tamaşaya qoyulub
# 26 avqust 2016 11:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İstanbulun Oda (kamera) teatrının səhnəsində yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesi əsasında səhnələşdirilən tamaşanın premyerası olub. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, rejissor Elçin İmanovun quruluşunda təqdim olunan səhnə əsəri Azərbaycan dilində nümayiş olunub.

Quruluşçu rəssamı Taryel Əlizadə olan tamaşada musiqi tərtibatı bəstəkar Elçin Eminə məxsusdur. Səhnə əsərində baş rolu İstanbulda yaşayan həmyerlimiz Kəmalə Kamal ifa edib.

Səhnə əsərinin premyerasında Türkiyənin sənət ictimaiyyəti ilə yanaşı, ölkədə yaşayan Azərbaycan vətəndaşları da iştirak edib.

Qeyd edək ki, afişalarda türkiyəli teatrsevərlərə “Manken” adı ilə təqdim edilən səhnə əsərinin bu gün və sentyabrın 1-də təkrar nümayişi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR