"Texnikabank"ın əmanətçilərinə 20 milyon manatdan artıq kompensasiya ödənilib

"Texnikabank"ın əmanətçilərinə 20 milyon manatdan artıq kompensasiya ödənilib
# 19 fevral 2016 18:15 (UTC +04:00)

Bakı.APA-Economics. "Texnikabank" ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam edir.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 20 milyon manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR