Hacıqabulda iki yük maşını toqquşub, xəsarət alan var

Hacıqabulda iki yük maşını toqquşub, xəsarət alan var
# 16 avqust 2016 02:18 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda iki yük maşınının toqquşması nəticəsində sürücülərdən biri yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 3.30 radələrində Bakı-Qazax magistralının 115-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dünyamalıyev Elgün Etibar oğlunun idarə etdiyi daşla yüklənmiş “KamAz” markalı avtomobil digər “KamAz” markalı avtomobilə çırpılıb.

Maşında sıxılmış vəziyyətdə qalan E.Dünyamalıyevi Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə xidmətinin əməkdaşları xüsusi avadanlığın köməyi ilə çıxarıblar. Yaralı Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR