Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb
# 10 avqust 2016 07:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 9-u ilə müqayisədə 0,22% artaraq 1,6040 manat səviyyəsində qalıb.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,8% möhkəmlənərək 1,7886 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,4% bahalaşaraq 0,0248 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,86% möhkəmlənərək 0,5412 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0958 manatdır. Beləliklə, funt sterlinq 0,74%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% artaraq 0,6834 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR