Şəmkirdə 16 yaşlı qız dərmandan zəhərlənib

Şəmkirdə 16 yaşlı qız dərmandan zəhərlənib
# 17 mart 2016 06:16 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abbaslı kənd sakini, 2000-ci il təvəllüdlü Çəmən Ələsova dərman zəhərlənməsi əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən Ç. Ələsova həkimin ona təyin etdiyi dərman həblərini həddindən çox qəbul etdiyi üçün zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR