Moskvada Avrasiya ölkələri parlament spikerlərinin toplantısı keçirilir

Moskvada Avrasiya ölkələri parlament spikerlərinin toplantısı keçirilir
# 19 aprel 2016 10:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Avrasiya ölkələri parlament spikerlərinin I iclası keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda 19 ölkənin parlament sədrləri iştirak edir.


Avrasiya ölkələrinin parlament spikerləri Avrasiya məkanında siyasi, iqtisadi və humanitar sahələrdə çoxvektorlu əməkdaşlığın genişləndirilməsi üçün parlamentlərarası dialoqun inkişafı məsələsini müzakirə ediblər.

Bundan başqa regionda sülhün və sabitliyin möhkəmlənməsi, ekstremizmə qarşı mübarizə və çoxkonfensiyalı dialoqun inkişafı də müzakirə olunub. İclasda terrorçuluqla mübarizə, geniş antiterror koalisiyasının yaradılması, eləcə də Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya prosesi məsələsi də qaldırılıb.

Qeyd edək ki, Avrasiya ölkələri Parlament spikerlərinin birinci iclasında Azərbaycanı Milli Məclisinin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR