Filippində 5,9 bal gücündə zəlzələ baş verib, xəsarət alanlar var

Filippində 5,9 bal gücündə zəlzələ baş verib, xəsarət alanlar var
# 14 aprel 2016 04:52 (UTC +04:00)

Bakı-APA. Filippinin Mindanao adası yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

APA-nın Assosiated Press agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Siokon yaşayış məntəqəsindən 28 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində bir neçə yaşayış evinin divarı uçub. İlkin məlumatlara, əsasən, 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə hələ ki, məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR