SOCAR DSMF və dövlət büdcəsinə ödənişləri azaldıb

SOCAR DSMF və dövlət büdcəsinə ödənişləri azaldıb
# 13 iyun 2016 10:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında SOCAR tərəfindən dövlət büdcəsinə 117,806 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 14,29 mln. manat və ya 10,82% azdır.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-may aylarında büdcəyə 562,781 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,261 mln. manat və ya 6,98% azdır.

Bundan əlavə, bu ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12,251 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 1 mln. 3 min manat və ya 8,92% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 57,359 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 483 min manat və ya 0,83% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR