Məhkəmə Natiq Cəfərlini ev dustaqlığına buraxmayıb

Məhkəmə Natiq Cəfərlini ev dustaqlığına buraxmayıb
# 06 sentyabr 2016 15:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərlinin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.


Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, məhkəmə vəsatəti təmin etməyib.


Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR