Azərbaycan benzin və dizel yanacağının istehsalını azaldıb

Azərbaycan benzin və dizel yanacağının istehsalını azaldıb
# 20 fevral 2016 07:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 178,701 mln. manat olmaqla 2015-ci ilin yanvar ayı ilə müqayisədə 3,3% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ərzində ölkədə 100,2 min ton avtomobil benzini istehsal olunub. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 10,7% azdır. Nəticədə bu ilin fevralın 1-nə 74,2 min ton məhsul ehtiyatı yaranıb.

Ötən ay ərzində ölkədə 198,7 min ton dizel yanacağı istehsal olunub ki, bu da 2015-ci ilin ilk ayı ilə müqayisədə 23,6% azdır. Nəticədə bu ilin fevralın 1-nə 87,3 min ton məhsul ehtiyatı yaranıb.

Ötən ay Azərbaycanda ağ neftin istehsalı 3,1% artıb. Belə ki, yanvarda ölkədə 59,6 min ton ağ neft istehsal olunub ki, bu ilin fevralın 1-nə 30,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay ərzində ölkədə neft bitumunun istehsalı azalıb. Belə ki, ilin ilk ayında Azərbaycanda 10,7 min ton neft bitumu istehsal olunub ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır. Nəticədə fevralın 1-nə 11,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay ölkədə sürtgü yağlarının istehsalı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,3% azalıb. Belə ki, bu ilin yanvarında 0,8 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin fevralın 1-nə 15,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, yanvarda neft-kimya sənayesində istifadə üçün 14,6 min ton benzini istehsal olunub ki, bu da 2015-ci ilin yanvarı ilə müqayisədə 3,5 dəfə çoxdur. Nəticədə bu ilin fevralın 1-nə 3,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay ərzində Azərbaycanda 97,7 min ton yanacaq mazutu istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 488,5 dəfə artım deməkdir. Nəticədə bu ilin fevralın 1-nə 5,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR