Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olunub

Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olunub
# 15 mart 2016 12:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın xalq artisti Muxtar Maniyevin üzərində yenidən cərahiyyə əməliyyatı aparılıb.

Bu barədə APA-ya Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, M. Maniyevin sağ ayağı diz nahiyyəsindən amputasiya olunub.

Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.

Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR