Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb

Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb
# 23 sentyabr 2016 23:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Kanadadakı səfirliyində 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 40 saylı seçki məntəqəsi yaradılıb.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Məlumata görə, Kanadada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən vətəndaşlarımıza bildiriş göndərilib və telefonla ətraflı izahatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR