Moskvada baş verən yanğında 12 nəfər ölüb

Moskvada baş verən yanğında 12 nəfər ölüb
# 01 fevral 2016 06:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Moskvanın şimal-şərqindəki Stromınka küçəsində yerləşən tikiş sexində baş verən yanğın nəticəsində 8 Qırğızıstan vətəndaşı ölüb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstanın Rusiyadakı səfirliyinin saytında məlumat yerləşdirilib. “Səkkiz nəfər Qırğızıstan, iki Rusiya, iki Özbəkistan vətəndaşı olmaqla, ümumilikdə 12 nəfər yanğında həyatını itirib”, - deyə məlumatda qeyd edilib.

Hadisənin araşdırılması diplomatlar tərəfindən nəzarətə götrülüb. Zərərçəkənlər və onların yaxınlarına yardım vəd edilib.

Qeyd edək ki, tikiş sexində yanğın baş veməsi barədə yanvarın 30-da məlumat daxil olub. İstintaq orqanları tərəfindən cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR