Honduras yığmasının futbolçusu güllələnib

Honduras yığmasının futbolçusu güllələnib
# 11 dekabr 2015 07:23 (UTC +04:00)

Bakı – APA. Honduras yığmasının futbolçusu Arnold Peralta güllələnib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi naməlum cinayətkar tərəfindən qətlə yetirilib.

Ticarət mərkəzlərinin birində baş verən hadisədə Peralta başından vurulub. Hələlik cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, millinin və “Olimpiya”nın müdafiəçisi La-Seybaya istirahətə gəlibmiş. O, dekabrın 16-da Kuba yığması ilə matçda iştirak etməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR