Türkiyə “Su-24” təyyarəsinin vurulması barədə BMT TŞ-nı yazılı şəkildə məlumatlandırıb

Türkiyə “Su-24” təyyarəsinin vurulması barədə BMT TŞ-nı yazılı şəkildə məlumatlandırıb
# 25 noyabr 2015 01:22 (UTC +04:00)

Bakı-APA. Türkiyə hakimiyyəti Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurması barədə BMT-nin baş katibi Pan Qi Munu və Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrin hökumətlərini yazılı şəkildə məlumatlandırıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters”ə diplomatik mənbələr məlumat verib.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri ötən gün Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub. İnsident nəticəsində pilotların öldüyü bildirilir, lakin bununla bağlı rəsmi məlumat hələ ki verilməyib. Rusiya tərəfi sərhədi pozmadığını iddia edir.

Hadisə rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR