AMEA vitse-prezidenti Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirib

AMEA vitse-prezidenti Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirib
# 08 dekabr 2015 14:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Misir Ərəb Respublikasının Azərbaycanın səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən APA-ya verilən məlumata görə, Mərkəzin rəhbəri Ahmed Sami Elaydi qonağa Mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Azərbaycanın təhsil ocaqları ilə, AMEA ilə əməkdaşlığından, o cümlədən, misirli tələbələrin AMEA-da təhsil almasından danışıb.

Öz növbəsində, Mərkəzlə yaxından tanış olan AMEA vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və Misir arasında olan əlaqələrin möhkəmliyini vurğulayaraq bu əlaqələrin gələcəkdə də müxtəlif sahələrdə möhkəmlənməsinin vacibliyini qeyd edib.

Bundan başqa, tərəflər arasında yaxın günlərdə beynəlxalq ərəb dili gününün qeyd olunması ilə əlaqədar AMEA Ədəbiyyat İnstitutunda birgə tədbirin təşkil olunması müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR