Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyunun 28-də "Union Lizinq" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması məsələsi çıxarılacaq.
Bundan başqa, cəmiyyətin maliyyə vəziyyəti də yığıncaqda müzakirə ediləcək.