"AzSığorta" obyekti yanan şəxsə 200 min manat ödəyib

"AzSığorta" obyekti yanan şəxsə 200 min manat ödəyib
# 04 oktyabr 2016 09:13 (UTC +04:00)

Bakı - APA-Economics. "AzSığorta" şirkəti iri ödəniş həyata keçirib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, ödəniş daşınmaz əmlakın icbari sığortası üzrə həyata keçirilib. Belə ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən quş yetişdirmə sexlərinin birində baş verən yanğın nəticəsində həmin sexin 1700 kvadratmetr sahəsinə külli miqdarda ziyan dəyib. Müvafiq dövlət orqanı tərəfindən yanğının səbəbi kimi elektrik xətlərində yaranmış qaza halı müəyyən olunub. "AzSığorta" şirkəti əmlaka dəymiş ziyanı tam qarşılayaraq, 200 000 manat sığorta ödənişi edib.

Ümumilikdə isə bu ilin yanvar-avqust aylarında "AzSığorta" 4,9 mln. manatdan artıq sığorta ödənişi edib.

Onu da qeyd edək ki, bu il 10 illiyini qeyd edən "AzSığorta" şirkəti beynəlxalq reytinqə malik ("Fitch Ratings") ölkənin yeganə universal sığorta şirkətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR