Daxili İşlər Nazirliyinin Əsasnaməsinə dəyişikliklər təsdiqlənib

Daxili İşlər Nazirliyinin Əsasnaməsinə dəyişikliklər təsdiqlənib
# 11 mart 2016 16:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2001-ci il 30 iyun tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, dəyişikliklərə əsasən Əsasnamənin 5.2-ci bəndində “Daxili işlər nazirinin” sözlərindən sonra “birinci müavini və” sözləri, 5.4-cü bəndində isə “həyata keçirilməsini” sözlərindən sonra “nazirin birinci müavininə, o olmadıqda” sözləri əlavə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR