Azərbaycanda elektron ticarət dövriyyəsi 2%-dən çox artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi 2%-dən çox artıb
# 15 avqust 2016 09:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il Azərbaycanda elektron ticarət dövriyyəsi artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 8,3 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1% çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 0,3% üstələyərək 8,1 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR