“Azər Türk Bank”ın daha bir şöbəsi müştərilərin xidmətinə verilib

“Azər Türk Bank”ın daha bir şöbəsi müştərilərin xidmətinə verilib
# 09 avqust 2016 12:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azər Türk Bank” ASC-nin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, avqust ayının 4-də “Azər Türk Bank”ın Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 2 saylı şöbəsinin açılışı olub. “Azər Türk Bank”ın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftə içi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir. Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nağd vəsaitin çıxarılması, hökumət ödəniş portalı üzrə əməliyyatların, alqı-satqı əməliyyatlarının aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür.

Müştərilər həmçinin 2 saylı şöbəyə müraciət etməklə “Azər Türk Bank”ın müxtəlif çeşidli ödəmə kartlarını sifariş verə bilərlər.

Xatırladaq ki, bu ilin avqust ayının 1-də “Azər Türk Bank”ın Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında “Şirvan” filialının açılışı keçirilib.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank”ın səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR