İƏT Sammiti çərçivəsində qonaqların rəsmi qarşılanma mərasimi keçirilir

İƏT Sammiti çərçivəsində qonaqların rəsmi qarşılanma mərasimi keçirilir
# 14 aprel 2016 08:34 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Zirvə toplantısı çərçivəsində qonaqların rəsmi qarşılanma mərasimi keçirilir.

APA-nın Zirvə toplantısını işıqlandıran Türkiyə müxbiri xəbər verir ki, dövlət başçılarını prezident Rəcəb Tayyib Ərdoğan qarşılayır.

Rəsmi qarşılanma mərasiminin 1 saat 30 dəqiqə sürəcəyi gözlənilir.

Sonra Sammit işinə başlyacaq.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR