Bakıda qardaşını öldürən şəxsin şikayəti təmin edilməyib

Bakıda qardaşını öldürən şəxsin şikayəti təmin edilməyib
# 24 sentyabr 2016 08:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Elxan Həbibovun apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, E. Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib. Mübahisə zamanı E. Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Ə. Həbibovun başına armatur parçası ilə dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Ə. Həbibov hadisə yerində dünyasını dəyişib. Qardaşını amansızlıqla qətlə yetirən E. Həbibov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E. Həbibov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR