Almaniyada 116 kiloqram kokain müsadirə edilib

Almaniyada 116 kiloqram kokain müsadirə edilib
# 18 mart 2016 23:34 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Hamburq şəhərində gömrükçülər 116 kiloqram kokain müsadirə ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, narkotik maddə Braziliyadan gələn, inşaat avadanlığı daşıyan gəmidə aşkarlanıb.

Gəmiyə ilkin baxış zamanı 96 kiloqram, sonra isə daha 20 kiloqram kokain müsadirə edilib.

Məlumata görə, müsadirə olunan kokain 300 kiloqram narkotik vasitənin istehsalı üçün nəzərdə tutulub. Onun dəyəri isə 21 milyon avrodan çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR