Türkiyə şirkəti TANAP çərçivəsində 80 mln. dollarlıq əlavə sifariş alıb

Türkiyə şirkəti TANAP çərçivəsində 80 mln. dollarlıq əlavə sifariş alıb
# 04 noyabr 2015 13:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyənin "Borusan Mannesmann" şirkəti Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu Qaz Kəməri Xətti (TANAP) layihəsi çərçivəsində əlavə olaraq 80 mln. dollarlıq sifariş alıb.

"APA-Economics"in mətbuatına istinadən verdiyi məlumata görə, "Borusan Mannesmann" BNE konsorsiumuna daxildir və boru istehsalı ilə məşğuldur. Bu günə qədər BNE konsorsiumuna daxil olan şirkətlər ümumilikdə 500 mln. dollar həcmində sifariş alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR