Liviya ordusu strateji əhəmiyyətli aviabazanı İŞİD-dən azad edib

Liviya ordusu strateji əhəmiyyətli aviabazanı İŞİD-dən azad edib
# 05 iyun 2016 02:37 (UTC +04:00)

Bakı-APA. Liviya ordusu ölkənin şimalındakı Sirt şəhərinin yaxınlığında yerləşən “Qardabiya” aviabazasını İŞİD silahlılarından azad edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Silahlı Qüvvələr komandanlığının rəsmi nümayəndəsi polkovnik Məhəmməd əl-Qasri bildirib.

Qeyd edək ki, Liviya ordusu iyunun 3-də İŞİD-in bu ölkədəki əsas dayaq məntəqəsi hesab edilən Sirt şəhərinə daxil olub.

Polkovnik Əl-Qasrinin sözlərinə görə, Sirt şəhərinin mərkəzindən 20 km aralıda yerləşən “Qardabiya” aviabazası strateji əhəmiyyətə malikdir. Əməliyyat zamanı 3 hərbçi həlak olub, 5 nəfəri yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR