"Kapital Bank"ın aktivləri 2,3 mlrd. manatı, öhdəlikləri 2 mlrd. manatı ötüb

"Kapital Bank"ın aktivləri 2,3 mlrd. manatı, öhdəlikləri 2 mlrd. manatı ötüb
# 22 aprel 2016 14:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Kapital Bank"ın aktivləri 2016-cı ilin I rübündə 2 mlrd. 335,701 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 1 mlrd. 181,640 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövründə 1 mlrd. 108,262 mln. manata, öhdəliklərinin həcmi isə 2 mlrd. 31,440 mln. manata bərabər olub.

Bankın məcmu kapitalı 304 mln. 261,24 min manat təşkil edib.

Qeyd edək ki, bank ötən ilin analoji dövrünün hesabatını açıqlamadığına görə, müqayisə aparmaq mümkün olmayıb. Bundan başqa, 2016-cı ilin I rübünə dair hesabat da natamamdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR